Azərbaycan pambıq ixracından qazancını 45 %-ə yaxın artırıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,962 milyon ABŞ dolları dəyərində pambıq idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,1 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 41,07 milyon ABŞ dolları dəyərində pambıq ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 44,5 % çoxdur.
Pambıq üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,08 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 1,12 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.
Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.12.2025)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













