Jan-Noel Barro və Abbas Əraqçi ABŞ ilə İsrailin İrana hücumlarını müzakirə ediblər
Fransanın xarici işlər naziri Jan-Noel Barronun iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
"Far.Az" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.
"Regiondakı hadisələr, ABŞ və İsrailin İrana qarşı hücumu müzakirə edilib",- məlumatda qeyd olunub və əlavə edilib ki, söhbət zamanı İranın XİN rəhbəri Avropa İttifaqının mövqeyini tənqid edib.
ABŞ və İsrailin hava zərbələrinə bəraət qazandırmaqla yanaşı, yalnız bu məcburi müharibənin iqtisadi nəticələrindən narahatlıqlarını ifadə edən və təcavüzkarların İran xalqına qarşı hücumlarına səssiz qalan bəzi Avropa ölkələrinin mövqeləri pislənilib.
"İranın regionda müdafiə əməliyyatları keçirməsinin səbəbi, ABŞ-nin İrana qarşı qeyri-qanuni müharibə aparmaq üçün həmin ölkələrin ərazisindən, baza və təsisatlarından istifadə etməsidir", - A. Əraqçi bildirib.
Oxşar xəbərlər
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumlar və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













