Starlink peyki orbitadan çıxaraq partlayıb
Starlink peyki gözlənilməz anomaliya səbəbindən Yerə yaxın orbitdən çıxaraq sıradan çıxıb və parçalanıb.
Far.Az "The Verge" nəşrinə istinadən xəbər verir ki, SpaceX nümayəndələri X platformasında bildiriblər ki, 29 martda 34343 nömrəli Starlink peyki 560 kilometr yüksəklikdə olarkən idarəetməni itirib və orbitdən çıxıb.
Şirkətin açıqlamasına görə, hadisənin səbəbi hələ də araşdırılır. SpaceX və Starlink komandaları nasazlığın ilkin səbəbini müəyyənləşdirmək üçün iş aparır.
Məlumata görə, bu, son aylarda Starlink şəbəkəsində qeydə alınan ikinci oxşar hadisədir. Daha əvvəl başqa bir peyk də anomaliya səbəbindən sıradan çıxmışdı.
Bildirilir ki, hadisə Beynəlxalq Kosmik Stansiya və NASA-nın gələcək "Artemis II" missiyası üçün təhlükə yaratmır. Mütəxəssislərin ehtimalına görə, dağılan peyk hissələri yaxın həftələrdə atmosferdə yanaraq yox olacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib













