Çempionlar Liqasının qalibi olan Simon Minyole bu mövsümün sonunda karyerasını başa vuracaq
Belçikalı qapıçı Simon Minyole mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracaq.
"Far.Az" xəbər verir ki, bu barədə qolkiperin hazırda çıxış etdiyi Belçika təmsilçisi "Brügge"nin mətbuat xidməti məlumat yayıb.
Təcrübəli "əlcək sahibi" 2025/2026 mövsümünün sonunda futbolla vidalaşacaq.
Minyole qərarını şərh edərkən bildirib ki, karyerasının son mərhələsini layiqincə başa vurmaq niyyətindədir.
Hazırda 38 yaşı olan qapıçı 2019-cu ilin avqustundan etibarən "Brügge"nin formasını geyinir. O, bu müddətdə komanda ilə dörd dəfə Belçika çempionu olub, həmçinin bir ölkə kuboku və üç Superkubok qazanıb.
Minyole karyerası ərzində Belçikada "Sent-Trüden", İngiltərə təmsilçiləri "Sanderlend" və "Liverpul" kimi klublarda da çıxış edib. O, "Liverpul" ilə 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının qalibi olub.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













