Çindən "rəqəmsal insan" etiketi təklifi
Çinin kiber məkanı tənzimləyən orqanı süni intellekt (Sİ) vasitəsilə yaradılmış virtual personajları əhatə edən yeni qaydalar layihəsini açıqlayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, təşəbbüs bu cür videoməzmunların mütləq şəkildə işarələnməsini tələb edir.
Çin Kiber Məkan Administrasiyası (CAC) tərəfindən ictimai müzakirəyə çıxarılan layihəyə əsasən, virtual personajların əks olunduğu bütün materiallarda "rəqəmsal insan" etiketi yer almalıdır. Yeni qaydalar insanları aldatmağı və ya onlarda "asılılıq yaradan" xidmətlərin göstərilməsini qəti şəkildə qadağan edir.
Layihədə diqqətçəkən digər məqamlar bunlardır:
Yetkinlik yaşına çatmayanlar üçün qadağa: 18 yaşdan kiçik şəxslərə "virtual intim münasibətlər" xidmətlərinin göstərilməsi qadağan edilir.
Şəxsi məlumatların qorunması: Başqalarının razılığı olmadan onların rəqəmsal "nüsxələrini" (deepfake) yaratmaq qadağandır.
Təhlükəsizlik və şəxsiyyət yoxlanışı: Rəqəmsal personajlardan şəxsiyyət yoxlamasını (verifikasiya) keçmək üçün istifadə edilə bilməz.
Süni intellektlə yaradılan personajlar Çinin milli təhlükəsizliyinə təhdid yaradan, dövlət çevrilişi və separatizm çağırışı edən məzmunlarda iştirak edə bilməz. Xidmət təminatçılarına seksual məzmunun, zorakılıq təsvirlərinin, həmçinin etnik və regional ayrı-seçkiliyə dair materialların yayılmasının qarşısını almaq tapşırılıb. Bundan əlavə, platformalardan istifadəçilərin intihar meyllərinə qarşı çevik reaksiya vermələri tələb olunur.
Qeyd edək ki, layihə ilə bağlı müzakirələr 6 may tarixinədək davam edəcək.
Oxşar xəbərlər
Kəsilmiş ağacın əvəzinə yeni ağac əkilib və üzərinə identifikasiya etiketi vurulub
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













