Azərbaycanda elektron əmtəə-nəqliyyat qaimələri digər sistemlərə inteqrasiya ediləcək
Azərbaycanda elektron əmtəə-nəqliyyat qaimələrinin digər sistemlərə inteqrasiyası istiqamətində iş aparılır.
"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, hazırda bu sahədə müəyyən texniki və sistem məsələləri mövcuddur, onların aradan qaldırılması üçün müzakirələr aparılır.
"Elektron əmtəə-nəqliyyat qaimələrinin digər qurumların, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sisteminə inteqrasiyası istiqamətində işlər davam etdirilir. Gələcəkdə sistemlərin avtomatik inteqrasiyası nəzərdə tutulsa da, bunun konkret tətbiq müddəti hələ müəyyən edilməyib", - o deyib.
Oxşar xəbərlər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













