Vergi rəsmisi: "Sahibkarlıq fəaliyyəti ilə bağlı ödənişlər şəxsi bank hesabına yönəldilir"
Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı ödənişlərin şəxsi bank hesablarına yönəldilməsi halları vergi riski yaradır.
"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov Bakıda keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə bildirib.
Onun sözlərinə görə, fəaliyyət şəxsi vəsait hesabına həyata keçirilirsə və sahibkarlıq fəaliyyəti ilə bağlı deyilsə, bu halda həmin əməliyyatlar üzrə vergi öhdəliyi yaranmır: "Lakin bir sıra hallarda sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin şəxsi kart hesablarına köçürülməsi müşahidə olunur. Bu cür hallarda vergi orqanları araşdırma aparır. Müvafiq məlumatlar daxil olduqda əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olub-olmaması qiymətləndirilir, zərurət yarandıqda şəxsdən izahat və təsdiqedici sənədlər tələb olunur. Əgər təqdim edilən məlumatlar vergi orqanını qane etməzsə və əməliyyatların sahibkarlıq fəaliyyəti ilə bağlı olduğu müəyyən edilərsə, bu zaman müvafiq vergilər hesablanır".
A.Cabbarov əlavə edib ki, şəxsi hesablar vasitəsilə həyata keçirilən fərdi xərclər və yaxud şəxsi vəsait dövriyyəsi vergi predmetinə daxil edilmir. Onun sözlərinə görə, bu baxımdan hər bir əməliyyatın mahiyyəti ayrıca qiymətləndirilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şuşada partlayıcı tələ aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib













