Stolüstü tennisçilər "Baku Open" turnirində bacarıqlarını göstərirlər
Far.Az xəbər saytı

Stolüstü tennisçilər "Baku Open" turnirində bacarıqlarını göstərirlər


"Şüa İdman Kompleksi"ndə keçirilən stolüstü tennis üzrə yarışın açılış mərasimi olub.

"Far.Az" xəbər verir ki, Dövlət Himni səsləndirildikdən sonra Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, İdman səfiri Vəfa Musayeva, ASTF-nin Veteranlar Şurasının sədri Firudin Hüseynov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il "Dünya İdman Paytaxtı" seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər.

Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. Yarışın mükafat fondu 3000 manatdır.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər