Çində yoxa çıxmış qədim insan xəttinin izləri aşkarlandı
Çində alimlər indiyədək məlum olmayan və sonradan yoxa çıxmış qədim insan xəttinin izlərini müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Çin Elmlər Akademiyasının genetikləri məlumat yayıb. Tədqiqatın nəticələri Current Biology jurnalında dərc olunub.
Məlumata görə, alimlər Pekin yaxınlığındakı Dunxulin arxeoloji ərazisində tapılmış üç insanın DNT-sini analiz ediblər. Bu şəxslər son buzlaq dövründən sonra, iqlimin sürətlə dəyişdiyi istiləşmə mərhələsində yaşayıblar.
Araşdırma göstərib ki, qadınlardan biri Şərqi Asiyada indiyədək qeydə alınmamış genetik xəttə aid olub. Onun genetik xüsusiyyətləri təxminən 19 min il əvvəl Amur çayı ətrafında yaşamış insanlarla qismən oxşarlıq təşkil edir. Bu isə regionda uzun müddət mövcud olmuş qədim şimal populyasiyasının varlığını göstərir.
Eyni ərazidə təxminən iki min il sonra dəfn edilən gənc kişinin DNT-si isə tamamilə fərqli olub. Onun genetik mənşəyi daha çox Monqolustan yaylası ilə əlaqəli populyasiyalara yaxın çıxıb. Bu fakt bölgədə əhali tərkibinin zamanla dəyişdiyini göstərir.
Bununla yanaşı, arxeoloji tapıntılar mədəni davamlılığın qorunduğunu ortaya qoyur. Daş alətlər, keramika nümunələri və bitki emalı üsulları demək olar ki, dəyişməyib. Alimlər həmçinin darının erkən əhliləşdirilməsinə dair ilkin izlər də aşkar ediblər.
Tədqiqatçılar hesab edir ki, bu dəyişikliklərdə buzlaq dövründən sonrakı iqlim transformasiyaları mühüm rol oynayıb. Bu proseslər qədim icmaları yeni yaşayış və resurslardan istifadə üsulları axtarmağa məcbur edib.
Alimlərin qənaətinə görə, aşkar olunan qədim insan xətti zamanla digər populyasiyalar arasında demək olar ki, tamamilə itib. Müasir Şərqi Asiya əhalisinin genetik strukturunda isə bu xəttin izlərinə yalnız nadir hallarda rast gəlinir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













