ABŞ İranda öz təyyarələrini vurub?
Far.Az xəbər saytı

ABŞ İranda öz təyyarələrini vurub?


İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı ABŞ-yə aid bir neçə hərbi hava vasitəsi ilə bağlı yeni iddia səsləndirib.

Far.Az xəbər verir ki, hadisə aprelin 5-də baş verib və nəticədə bir neçə uçuş vasitəsi zərər görüb.

Yerli media, o cümlədən "Fars" xəbər agentliyi tərəfindən yayılan xəbərlərdə bildirilir ki, zərər görən texnika arasında iki ədəd Lockheed C-130 Hercules hərbi nəqliyyat təyyarəsi və iki Sikorsky UH-60 Black Hawk helikopteri də var.

Rəsmi açıqlamaya əsasən, zədələnmiş hava vasitələri İsfahan vilayətinin cənub istiqamətində yerləşən ərazilərdən birinə məcburi eniş edib. Qərargahın iddiasına görə, enişdən sonra həmin ərazi İran qüvvələri tərəfindən nəzarətə götürülüb.

Açıqlamada daha diqqətçəkən məqam isə ondan ibarətdir ki, iddiaya əsasən, mühasirəyə alınmış texnika və onların heyəti sonradan ABŞ tərəfindən havadan zərbəyə məruz qalıb. Bu barədə müstəqil mənbələrdən hələlik təsdiq yoxdur.

Oxşar xəbərlər

"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycanda mobil telefon nömrələri 1 000 - 75 000 manata hərraca çıxarılır
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.12.2024)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər