Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanan limanlar açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanan limanlar açıqlanıb


Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Onun sözlərinə görə, Qaradağ, Dübəndi, Sahil limanlarına giriş-çıxış bağlanıb: "Amma digər limanlar açıqdır".

Xatırladaq ki, Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390 %-ni təşkil edir. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.

Oxşar xəbərlər

Bakı və Abşeronda yağıntılar son 100 ilin rekordunu qırdı
FAKTİKİ HAVA: Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı normadan 6 dəfə çox olub
Bakı və Abşeron yarımadasına düşən yağıntının miqdarı normadan 6 dəfə çox olub
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər