Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA
Far.Az xəbər saytı

Gediş haqqına görə kartlardan əlavə ödəniş çıxılır? - "BakıKart"dan AÇIQLAMA


İctimai nəqliyyatda ödənişlərlə bağlı narazılıqlar artır. Vətəndaşlar bildirirlər ki, bəzən ictimai nəqliyyatdan istifadə etmədikləri halda belə balanslarından vəsait silinir. Bəzi hallarda isə edilən ödənişlərin iki-üç qatının çıxıldığı qeyd olunur.

"Gördüm ki, fərqli vaxtlarda balansımdan ardıcıl şəkildə pul çıxılıb. Halbuki sistemdən cəmi bir dəfə istifadə etmişdim. Kartım məhdudlaşdırılmışdı və axşam, eləcə də səhər saatlarında iki dəfə vəsait silinmişdi", - deyə vətəndaşlardan biri Baku TV-yə bildirib.

Başqa bir vətəndaş isə qeyd edib:

"Məndən pul çıxıldığı dərhal görünmür. Evə çatandan sonra isə dalbadal mesajlar gəlir ki, bu qədər vəsait çıxılıb. Bəzən istifadə etdiyim halda da, etmədiyim halda da bildirişlər gəlir ki, pul çıxılacaq. Ona görə də artıq kartımda pul saxlamıram".

"Bakıkart"ın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aynur Kərimli bildirib ki, ictimai nəqliyyatda ödənişlər gecikdirilmiş avtorizasiya prinsipi əsasında həyata keçirilir.

Onun sözlərinə görə, bu səbəbdən sərnişin tərəfindən edilən ödənişlər bəzən dərhal, bəzən isə müəyyən vaxt intervalı ilə balansdan silinir:

"Hazırda 24, 25, 26 və 27 aprel tarixlərində edilən gedişlərin ödənişləri bank kartlarından gecikmə ilə çıxılır. Sərnişin dünən ictimai nəqliyyatdan istifadə etmədiyi halda, bu gün niyə ödəniş çıxılıb deyə düşünə bilər. Bu, əvvəlki günlərə aid ödəniş ola bilər. Qəbzdə göstərilən RN kodu vasitəsilə hansı tarixdə gedişin baş verdiyini və ödənişin nə zaman həyata keçirildiyini dəqiqləşdirmək mümkündür. Əgər kartda kifayət qədər vəsait olmasa belə, ödəniş sistem tərəfindən həyata keçirilir və bu məbləğ sonradan borc kimi əks olunur. Bu halda kart məhdudlaşdırıla bilər".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər