Xızının Sitalçay kəndində köməksiz vəziyyətdə qalan sakinlərin xilas edilməsinə başlanılıb
Far.Az xəbər saytı

Xızının Sitalçay kəndində köməksiz vəziyyətdə qalan sakinlərin xilas edilməsinə başlanılıb


Samur-Abşeron kanalının daşması nəticəsində Xızı rayonunun Sitalçay kəndində köməksiz vəziyyətdə qalan sakinlərin xilas edilməsinə başlanılıb.

Far.Az report-a istinadən xəbər verir ki, son günlər ölkə ərazisində müşahidə olunan təbii fəlakət xarakterli hava şəraiti və normadan dəfələrlə artıq yağan yağıntılar nəticəsində bir sıra ərazilərdə çətin vəziyyət yaranıb.

Məhz normadan dəfələrlə artıq yağan güclü yağışların yaratdığı təbii fəlakət səbəbindən Samur-Abşeron kanalında suyun səviyyəsi yüksələrək daşma baş verib.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə cəlb olunub və hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində əməliyyatlar həyata keçirilir.

Xilasetmə işləri davam etdirilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər