Şuşaya qayıdan sakin: Bu günü 32 il həsrətlə gözləmişik
“Bu günü 32 il həsrətlə gözləmişik”.
Bu fikirləri “Report”a müsahibəsində Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Babayeva Gültəkin deyib.
“Şuşanın işğaldan azad ediləcəyinə ümidim yox idi. Həyatımda ən sevincli günü Şuşanın alındığı gün olub. Doğma yurdumuza qayıdırıq və mən də bu qayıdışın sevincini yaşayıram. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”,-deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Şuşa şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 16 ailə (60 nəfər) öz doğma yurduna köçürülür. Bununla da Şuşa şəhərində ümumilikdə 220 ailənin (823 nəfərin) məskunlaşması təmin edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Keçmiş məcburi köçkün : Təkcə uşaqları götürüb Cəbrayıldan çıxmışdıq, indi bir maşın əşya ilə geri qayıdırıq
Keçmiş məcburi köçkün: "30 yaşımda çıxdığım Şuşama 65 yaşımda qayıdıram"
Keçmiş məcburi köçkün: "30 yaşında çıxdığım Şuşama 65 yaşında qayıdıram"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Meksikada narkokartel rəhbərinə qarşı əməliyyat zamanı şəhərdə XAOS YAŞANDI













