Vüsal Hüseynov BMT-nin rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq işlərini müzakirə edib
Far.Az xəbər saytı

Vüsal Hüseynov BMT-nin rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq işlərini müzakirə edib


Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya Şəbəkəsinin Katibliyinin rəhbəri Conatan Prentis ilə mayın 5-8-də keçiriləcək II Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq işlərini müzakirə edib.

Bu barədə BAKU.WS-ə DMX-dən məlumat verilib.

Bildirilib ki, videoformatda baş tutan görüşdə xidmət rəisi "Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt"ın icrası üzrə "Çempion ölkə" qismində ölkənın həyata keçirdiyi fəaliyyətlər, əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. Həmçinin o II Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq istiqamətində görülən işləri də diqqətə çatdırıb.

Conatan Prentis Azərbaycanın Qlobal Paktın icrası üzrə atdığı addımları xüsusi qeyd edərək bununla bağlı fikirlərini bölüşüb, eləcə də Foruma hazırlıq mərhələsində uğurlar arzulayıb.

Görüşdə ikinci Beynəlxalq Miqrasiya İcmalı Forumu ilə əlaqədar milli, regional və qlobal səviyyədə həyata keçirilən tədbirlər, eləcə də Azərbaycanın 2026-cı il üzrə "Çempion ölkələr" təşəbbüsünün həmsədri kimi rolu barədə fikir mübadiləsi aparılıb.

Vüsal Hüseynov BMT-nin rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlıq işlərini müzakirə edib

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Vüsal Hüseynov BMT rəsmisi ilə Beynəlxalq Miqrasiya İcmalı Forumuna hazırlığı müzakirə edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Dövlət Miqrasiya Xidmətində Qlobal Pakta dair məsləhətləşmələr aparılıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər