İsrail Beyrutda "Hizbullah" liderinin katibini öldürüb
İsrail Müdafiə Qüvvələri (IDF) ötən gecə Beyruta endirilən zərbə nəticəsində "Hizbullah"ın rəhbəri Naim Kasemin katibini öldürüb.
"Far.Az" xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, öldürülən Əli Yusuf Xarşi "Hizbullah" liderinin qardaşı oğlu idi və onun yaxın silahdaşı və məsləhətçisi hesab olunurdu. Bundan başqa, o, təhlükəsizlik məsələlərinə görə cavabdeh idi.
"İsrail Müdafiə Qüvvələri gecə "Hizbullah" yaraqlılarının Livanın cənubuna silah, raket və raket atıcı qurğuların daşınması üçün istifadə etdikləri iki əsas keçid məntəqəsinə zərbələr endirib", - bəyanatda deyilir.
Məlumata görə, "Hizbullah"ın Livanın cənubunda istifadə etdiyi 10-a yaxın obyekt, o cümlədən silah anbarları, raket atıcı qurğular və qərargahlar hədəfə alınıb.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Media nümayəndələri təltif edilib - Prezidentdən SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb













