"Lester" klubunun etirazı rədd edilib
İngiltərənin "Lester" klubunun maliyyə pozuntularına görə Çempionşipdə hesabından 6 xalın silinməsi ilə bağlı qərardan verdiyi şikayət təmin edilməyib.
"Far.Az"un BBC-yə istinadən məlumatına görə, daha əvvəl futbol liqası 2023/2024 mövsümü ilə yekunlaşan 3 illik dövr ərzində icazə verilən maksimum zərər həddini aşdığına və maliyyə hesabatlarını gecikdirdiyinə görə klubun 6 xalını silib.
"Lester" "maliyyə feyr-pley"i qaydalarını pozduğuna görə tətbiq edilən bu cəzanın çox ağır olduğunu hesab edərək apellyasiya şikayəti verib. Lakin İngiltərə Premyer Liqası buna cavab olaraq qarşılıqlı iddia qaldıraraq mövcud hökmün çox yumşaq olduğunu bildirib. Nəticədə müstəqil komissiya klubun 6 xalının silinməsi barədə qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, 2025/2026 mövsümündə keçirdiyi 41 oyundan sonra 41 xalı olan "Lester" Çempionşipdə 22-ci yerdə qərarlaşıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb













