Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb - YENİLƏNİB
Sumqayıtda qaynı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən "Far.Az"un sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 19:45 radələrində 1991-ci il təvəllüdlü qadının Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub:
"Qarnın açıq yarası, budun kəsilmiş-deşilmiş yarası diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağırdır".
Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb.
“Far.Az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.
Şəhər sakini Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Kliniki Tibbi Mərkəzin 110 illiyi qeyd olunub
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













