"Telefonumuz bizi dinləyir?" - Mif, yoxsa reallıq?
Far.Az xəbər saytı

"Telefonumuz bizi dinləyir?" - Mif, yoxsa reallıq?


Son illər sosial şəbəkə istifadəçiləri arasında maraqlı bir sual geniş yayılıb: smartfonlar doğrudan da istifadəçiləri dinləyirmi?

Far.Az xəbər verir ki, bir çox insanın iddiasına görə, hər hansı məhsul və ya mövzu barədə danışdıqdan qısa müddət sonra "Instagram", "Facebook" və ya "TikTok" kimi platformalarda həmin mövzu ilə bağlı reklamlar qarşılarına çıxır. Bu isə telefonların gizli şəkildə dinləmə apardığı barədə şübhələri artırır.

Məsələ ilə bağlı texnologiya şirkətləri isə bu iddiaları qəbul etmir. "Google" və "Apple" rəsmi açıqlamalarında bildirirlər ki, cihazlar istifadəçinin icazəsi olmadan mikrofonu aktivləşdirmir və şəxsi danışıqlar reklam məqsədilə istifadə olunmur.

Mütəxəssislərin sözlərinə görə, reklamların bu qədər "dəqiq" görünməsi təsadüfi deyil. Belə ki, tətbiqlər istifadəçilərin axtarış tarixçəsini, baxdığı videoları, maraq dairəsini və hətta yerləşdiyi məkanı analiz edərək ona uyğun reklamlar təqdim edir. Bu səbəbdən istifadəçilərdə "dinlənilirəm" hissi yaranır.

Eyni zamanda qeyd olunur ki, texniki baxımdan telefon vasitəsilə daimi dinləmə mümkün olsa da, bu, böyük resurs tələb edir və həm hüquqi, həm də etik baxımdan ciddi problemlər yaradır.

Mütəxəssislər istifadəçilərə tövsiyə edir ki, telefonlarında tətbiqlərin mikrofon və digər icazələrini mütəmadi yoxlasınlar, lazımsız proqramları silsinlər və məxfilik ayarlarına diqqət yetirsinlər.

Beləliklə, "telefon səni dinləyir" iddiası daha çox mif kimi qiymətləndirilsə də, şəxsi məlumatların qorunması məsələsi aktuallığını qoruyur.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər