Şimpanzelər arasında "müharibə": 24 hücumda 17 bala öldürülüb
Far.Az xəbər saytı

Şimpanzelər arasında "müharibə": 24 hücumda 17 bala öldürülüb


Kibale Milli Parkı ərazisində yaşayan ən böyük vəhşi şimpanze icmalarından biri olan Ngogo qrupunda uzunmüddətli və zorakı daxili qarşıdurma qeydə alınıb. Science jurnalında dərc olunan araşdırmaya görə, əvvəllər vahid olan bu icma zamanla iki hissəyə bölünərək bir-birinə qarşı düşmən mövqe tutub.

Far.Az xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, 1995–2015-ci illərdə birlikdə yaşayan şimpanzelər sonradan "Qərb" və "Mərkəz" qruplarına ayrılıb. 2018-ci ildən etibarən bu parçalanma tam qarşıdurmaya çevrilib. Qərb qrupu yeddi il ərzində rəqib qrupa qarşı 24 koordinasiyalı hücum təşkil edib.

Bu hücumlar nəticəsində ən azı 7 yetkin erkək və 17 bala şimpanze öldürülüb. Alimlər bu hadisəni insan cəmiyyətlərində baş verən daxili münaqişələrə ən yaxın paralellərdən biri kimi qiymətləndirirlər.

Araşdırmada qeyd olunur ki, bölünməyə bir neçə amil təsir edib. 2015-ci ildə qrupun liderinin mövqeyini itirməsi və yeni liderin ortaya çıxması daxili gərginliyi artırıb. Eyni zamanda, icma daxilində əlaqələri qoruyan yaşlı fərdlərin ölümü sosial bağları zəiflədib. 2017-ci ildə baş verən xəstəlik isə qrupu daha da zəiflədirərək parçalanmanı sürətləndirib.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər