Hesablama Palatasının ilk dəfə keçirdiyi KDMN tədbirlərinin payı 50 %-ə yaxınlaşıb
Far.Az xəbər saytı

Hesablama Palatasının ilk dəfə keçirdiyi KDMN tədbirlərinin payı 50 %-ə yaxınlaşıb


2025-ci il üzrə kənar dövlət maliyyə nəzarət tədbirləri (KDMN) çərçivəsində ümumilikdə 6 səmərəlilik auditi, 7 maliyyə auditi, 30 uyğunluq auditi və 5 analitik fəaliyyət həyata keçirilib.

"Far.Az" xəbər verir ki, bu barədə "Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat"da bildirilib.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Məlumata görə, ilk dəfə keçirilən KDMN tədbirlərinin ümumi portfeldə xüsusi çəkisi 47,9 % təşkil edib.

Hesabatda qeyd olunub ki, tədbirlər əsasən işğaldan azad olunmuş ərazilərin bərpası, ətraf mühitin qorunması, beynəlxalq tədbirlər, təhsil, səhiyyə, mədəniyyət və turizm, kənd təsərrüfatı, ümumi dövlət xidmətləri və idman sahələrini əhatə edib.

Bildirilib ki, KDMN tədbirləri çərçivəsində əhatə olunmuş maliyyə həcmi də açıqlanıb. Belə ki, icmal büdcə üzrə dövlət büdcəsindən 6,7 milyard manat vəsait əhatə olunub.

Eyni zamanda, icbari tibbi sığorta fondu üzrə vəsaitlər (2023–2024-cü illər), Dövlət Neft Fondu üzrə vəsaitlər (2024-cü il), NMR büdcəsi üzrə 0,1 milyard manat (2023–2025-ci illər) və qeyri-büdcə vəsaitləri üzrə 0,1 milyard manat (2023–2025-ci illər) də tədbirlər çərçivəsində nəzərə alınıb.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər