2026-cı ildə zəlzələ riski yüksək olan ölkələr – rəsmi qiymətləndirmə
Qlobal seysmoloji qurumların və beynəlxalq araşdırmaların nəticələrinə görə, 2026-cı ildə də bir sıra ölkələr zəlzələ baxımından yüksək risk zonasında qalır. Mütəxəssislər bildirir ki, risk əsasən tektonik plitələrin toqquşduğu bölgələrdə cəmlənir.
BAKU.WS xəbər verir ki, xüsusilə Yaponiya, İndoneziya, Filippin və ABŞ (xüsusilə Kaliforniya bölgəsi) yüksək seysmik aktivliklə seçilir.
Bundan əlavə, İran və Türkiyə də əsas fay xətləri üzərində yerləşdiyinə görə tez-tez zəlzələlərə məruz qalır.
2026-cı il üzrə qlobal risk qiymətləndirmələrində Filippin, Hindistan və İndoneziya ən yüksək risk göstəricilərinə malik ölkələr sırasında yer alır.
Mütəxəssislər bildirir ki, Himalay qurşağı (Nepal və Hindistan), Aralıq dənizi regionu (Türkiyə, Yunanıstan, İtaliya) və Karib hövzəsi (Haiti) də yüksək zəlzələ riski daşıyan ərazilərdir.
Eyni zamanda Sakit okean "Od halqası" (Ring of Fire) adlanan seysmik zona dünyada ən təhlükəli bölgə hesab olunur və burada zəlzələlərin böyük hissəsi baş verir.
Rəsmi məlumatlara əsasən, 2026-cı ildə zəlzələ riski əsasən Asiya-Sakit okean və Aralıq dənizi bölgələrində yüksək olaraq qalır. Ekspertlər bu ölkələrdə tikinti standartlarının gücləndirilməsini və erkən xəbərdarlıq sistemlərinin inkişafını vacib hesab edir.
Oxşar xəbərlər
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













