Bakıda təkər tullantıları toplanmış ərazidə yanğın olub - YENİLƏNİB
Far.Az xəbər saytı

Bakıda təkər tullantıları toplanmış ərazidə yanğın olub - YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Ramiz Qəmbərov küçəsində avtomobil təmiri sexinin ərazisində təkər tullantıları yığılmış yerdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

"Far.Az" xəbər verir ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

21:41

Bakıda təkər tullantıları toplanmış ərazidə yanğın başlayıb.

"Far.Az" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Hazırda söndürülmə işləri davam edir.

Oxşar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - VİDEO - YENİLƏNİB-8
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda SOCAR-ın müəssisəsində yanğın tam söndürülüb - VİDEO - FOTO - YENİLƏNİB-2
Xətaidəki güclü yanğın məhdudlaşdırılıb - VİDEO- YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər