İspaniya klubunun yeni baş məşqçisi bəlli olub
Far.Az xəbər saytı

İspaniya klubunun yeni baş məşqçisi bəlli olub


İspaniyanın "Las Palmas" klubunun yeni baş məşqçisi bəlli olub.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Dieqo Martineslə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Martines bir gün əvvəl istefaya göndərilən Luis Karrionu əvəz edib. Onun son iş yeri 2023-cü ilin iyulundan dekabrına kimi rəhbərlik etdiyi "Olimpiakos" (Yunanıstan) olub. 43 yaşlı mütəxəssis buna qədər "Espanyol", "Qranada", "Osasuna" və digər klublarda çalışıb.

Qeyd edək ki, "Las Palmas" IX turdan sonra La Liqada 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
"Formula 1": "McLaren" pilotu Bakıda qalib olub, yarışın sonunda qəza baş verib - YENİLƏNİB - 5
"Formula 1": Azərbaycan Qran-prisinin qalibi bu gün bəlli olacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisi: "McLaren" pilotu liderliyi ələ keçirib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər