Armands Krauzen: "Azərbaycanda meşə örtüyü 23 %-ə çatdırıla bilər"
Far.Az xəbər saytı

Armands Krauzen: "Azərbaycanda meşə örtüyü 23 %-ə çatdırıla bilər"


Latviyanın təcrübəsi Azərbaycanda meşə sahələrinin genişləndirilməsi üçün yeni imkanlar yaradır.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzen Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında bildirib.

Onun sözlərinə görə, Latviyada son 100 ildə meşə örtüyü 26 %-dən 53 %-ə yüksəlib və bu təcrübə Azərbaycanda da tətbiq oluna bilər:

"Azərbaycanda meşə örtüyü hazırda təxminən 12 % səviyyəsindədir. Müvafiq yanaşmalar tətbiq olunarsa, bu göstəricini əhəmiyyətli dərəcədə artırmaq, məsələn, 23 %-ə çatdırmaq mümkündür. Skandinaviya yanaşmasına əsaslanan meşələrin bərpası metodları daha ucuz, effektiv və sürətli nəticələr verir və bu sahədə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur".

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Armands Krauze: Latviya Qarabağda meşələrin bərpasına kömək etməyə hazırdır - MÜSAHİBƏ
Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər