Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib
Far.Az xəbər saytı

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinə sədr müavini təyin edilib


Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyinat olub.

"Far.Az"un yerli bürosunun məlumatına görə, muxtar respublikanın Baş naziri Cabbar Musayevin aprelin 16-da imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyəti dövründə Şahbuz Rayon İcra Hakimiyyətində və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.

Oxşar xəbərlər

Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər