Binəqədidə dəhşətli hadisə: Kişi keçmiş arvadını öldürüb, evə od vurdu - ADLAR
Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb.
Far.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin dam örtüyü, 2 otağının yanar konstruksiyaları 32 kv.m sahədə, bitişik sahəsi 66 kv.m olan talvar və evin həyətində park edilmiş BMW markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli dördotaqlı evin dam örtüyü və 3 otağının yanar konstruksiyaları 46 kv.m sahədə yanıb.
Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
*** 14:43
Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.
Far.Az xəbər verir ki, hadisə bu saatlarda Binəqədi rayonunun Baksol adlanan ərazisindəki yaşayış massivində qeydə alınıb.
Həmin ərazidəki mənzillərdən birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.
Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə partlayış baş verib. Qətl törədən kişi də hadisə yerində ölüb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Oxşar xəbərlər
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın SÖNDÜRÜLDÜ
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Binəqədidə güclü yanğın məhdudlaşdırılıb, xəsarət alan yoxdur - YENİLƏNİB-3
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər













