İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər
Far.Az xəbər saytı

İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər


Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır, lakin minalar səbəbindən texniki məhdudiyyətlər ola bilər.

"Report" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Antalya Diplomatiya Forumu çərçivəsində NTV telekanalına müsahibəsində bəyan edib.

"Bu məsələdə bizim üçün heç bir qeyri-müəyyənlik yoxdur. Qarşı tərəf adından danışa bilmərəm, onların siyasəti hamını çaşdırmağa hesablanmış ola bilər. Hörmüz boğazı ticarət gəmilərinin keçidi üçün açıqdır. Əlbəttə, söhbət atəşkəsdən sonrakı dövrdən gedir. Minalar və təhlükəsizlik məsələləri səbəbindən bir sıra texniki məhdudiyyətlər ola bilər", - o bildirib.

Xətibzadə qeyd edib ki, Hörmüz boğazı blokadada deyil.

Daha əvvəl İranın "Xatəm əl-Ənbiya" hərbi komandanlığıın mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari İran Silahlı Qüvvələrinin Hörmüz boğazı üzərində hərbi nəzarəti bərpa etdiyini bəyan etmişdi.

Oxşar xəbərlər

Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər