Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY
Far.Az xəbər saytı

Antalya zirvəsi: İlham Əliyev qlobal siyasi masanın əsas söz sahibinə çevrilib - RƏY


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Antalyada keçirilən 5-ci Antalya Diplomatiya Forumunda iştirakı adi beynəlxalq tədbir çərçivəsində qiymətləndirilə bilməz.

Bu sözləri "Report"a Milli Məclisin deputatı Elnarə Akimova bildirib.

Onun sözlərinə görə, bu səfər Azərbaycanın artıq regional oyunçu yox, qlobal siyasi masada sözü keçən aktora çevrildiyini bir daha nümayiş etdirdi. Forumun əsas mövzusu "Gələcəyi xəritələndirmək, qeyri-müəyyənlikləri idarə etmək" idi və məhz bu qeyri-müəyyən geosiyasi mühitdə Prezident İlham Əliyevin Antalyadakı fəallığı Bakının siyasi çəkisinin real göstəricisinə çevrildi:

"Bu forumda 150-dən çox ölkənin nümayəndələrin, 20-dən artıq dövlət və hökumət başçısının, onlarla xarici işlər nazirinin iştirakı təsadüfi deyildi. Antalya artıq yeni geosiyasi istiqamətlərin qurulduğu platformadır. Belə bir məkanda Azərbaycan Prezidentinə göstərilən xüsusi diqqət isə Bakının yeni statusunun beynəlxalq təsdiqi idi".

O bildirib ki, ən diqqətçəkən məqamlardan biri Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü oldu. "Bu münasibət artıq klassik müttəfiqlik çərçivəsini çoxdan aşıb. "Bir millət, iki dövlət" anlayışı indi enerji, təhlükəsizlik, müdafiə sənayesi və Türk dünyasının siyasi inteqrasiyası müstəvisində strateji birlik səviyyəsinə yüksəlib. Antalyada verilən mesaj aydın idi: Ankara və Bakı bölgədə yeni güc balansının əsas memarlarıdır" – deputat vurğulayıb.

Əlavə edib ki, Pakistanın Baş naziri Şahbaz Şərif ilə keçirilən görüş də xüsusi siyasi yük daşıyırdı. Azərbaycan–Pakistan münasibətləri artıq sadəcə dostluq münasibəti deyil, geosiyasi əlaqələndirmə modelidir:

"Serbiya Prezidenti ilə təmaslar isə Azərbaycanın tarazlaşdırılmış xarici siyasətinin daha bir nümunəsi idi. Bakı həm Türk dünyası ilə, həm İslam coğrafiyası ilə, həm də Avropa daxilində müstəqil siyasi xətt yürüdən dövlətlərlə paralel strateji münasibətlər qurur. Bu, klassik blok siyasətindən fərqli olaraq çevik diplomatiya modelidir və İlham Əliyevin əsas siyasi üstünlüklərindən biri də məhz budur".

E.Akimova bildirib ki, Forum çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə görüş ayrıca mesaj idi. Möhtərəm Prezidentimiz burada təkcə diplomatik jest etmədi, həm də Türk dünyasının siyasi həmrəyliyi məsələsində prinsipial mövqe sərgilədi. Bu, xüsusilə Türk Dövlətləri Təşkilatının gələcək siyasi quruluşu baxımından diqqətçəkən addımdır: "Antalyada Prezident İlham Əliyevə göstərilən xüsusi diqqət sadəcə diplomatik nəzakət deyildi. Bu, müharibədən sonrakı dövrdə Azərbaycanın qazandığı siyasi nüfuzun nəticəsidir. Qarabağ məsələsində tarixi zəfər, enerji təhlükəsizliyində Avropanın etibarlı tərəfdaşı statusu, Orta Dəhliz layihəsində strateji mərkəz rolu və Cənubi Qafqazda yeni reallıqları formalaşdırmaq gücü - bütün bunlar İlham Əliyevi beynəlxalq siyasi masada fərqli fiqura çevirib".

"Antalya səfəri bir daha göstərdi ki, Azərbaycan diplomatiyası müdafiə mövqeyindən çıxaraq təşəbbüs verən mərhələyə keçib. Prezident İlham Əliyev artıq hadisələrə reaksiya verən lider deyil, proseslərin istiqamətini müəyyən edən siyasi aktordur. Antalya forumu bitəcək, nümayəndə heyətləri ölkələrinə qayıdacaq, protokol şəkilləri arxivə gedəcək. Amma orada verilən əsas mesaj qalacaq: Azərbaycan artıq qlobal siyasi masanın qurulmasında söz sahibi olan dövlətdir", - deputat vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər