IAF Azərbaycanda kosmik sahənin inkişafını yüksək qiymətləndirir
Azərbaycan kosmik sənayenin inkişafına yüksək maraq nümayiş etdirir.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "International Astronautical Federation"ın (IAF) icraçı direktoru Kristian Fayxtinqer Antalya Diplomatiya Forumu çərçivəsində bildirib.
"Azərbaycan kosmik sahədə yüksək fəallıq göstərir və fikrimcə, bu, əsasən 2023-cü ildə Bakıda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi sayəsində mümkün olub", - Fayxtinqer qeyd edib.
O vurğulayıb ki, IAF Azərbaycanın qlobal kosmik birliyinə daha çox inteqrasiyası məqsədilə ölkə ilə sıx əməkdaşlığı davam etdirir.
"Ümid edirik ki, Azərbaycanı qlobal kosmik birliyə daha dərindən inteqrasiya etmək üçün gələcəkdə yenidən Bakıya qayıda biləcəyik", - icraçı direktor deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan gənclərin kosmik sahəyə cəlb edilməsində böyük fəallıq göstərir.
"Gənclər kosmosa maraq göstərməyə başlayır və bu, bizim üçün son dərəcə vacibdir. Biz Azərbaycanın bu istiqamətdəki səylərini yüksək qiymətləndiririk. Konkret layihələr və ya təşəbbüslərə gəlincə, Azərbaycanda gəncləri cəlb edən və STEM təhsilinə marağı inkişaf etdirən akademiya yaradılıb. Tələbələr öz işlərini beynəlxalq kosmik birliyə fəal şəkildə təqdim edirlər", - Fayxtinqer bildirib.
Onun sözlərinə görə, bu, qlobal kosmik birliyə inteqrasiya və ölkənin qeyd olunan sahədə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımdır.
Oxşar xəbərlər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













