Azərbaycanda kapitalı 4 milyon ABŞ dolları olan vençur fondu yaradılıb
Far.Az xəbər saytı

Azərbaycanda kapitalı 4 milyon ABŞ dolları olan vençur fondu yaradılıb


Azərbaycanda 4 milyon ABŞ dolları kapitalı olan yeni vençur fondu yaradılıb.

"Report" xəbər verir ki, bununla bağlı "INMerge" İnnovasiya Sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Memorandumu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva, "Trendyol"un Azərbaycandakı nümayəndəsi İrem Yılandil, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Yasin Cəlilov və "PAŞA Holdinq"in nəzdində yeni yaradılmış "Future Lab"ın baş icraçı direktor Fərrux Əliyev imzalayıb.

Vençur fondu üçün tərəflərin hər biri 1 milyon ABŞ dolları ayırıb.

Fondun yaradılmasında məqsəd Azərbaycanda ekosistemə töhfə vermək, startap və innovativ layihələr üçün maliyyə əlçatanlığını təmin etməkdir.

Oxşar xəbərlər

Azərbaycanda ilk dəfə Startaplar üzrə Dünya Çempionatı keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
“Amazon”un vitse-prezidenti və “YouTube”un həmtəsisçisi Bakıya gəlir
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər