Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif edilib
Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif edilib.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü plenar iclasında deyib.
O, çıxışında həmin ölkələrin parlamentlərinin Azərbaycanla bağlı qərəzli qətnamələrini pisləyib.
E.Mirzəbəyli qeyd edib ki, həmin sənədlər nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir:
"Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür.
Qətnamələrdə suverenlik və ərazi bütövlüyü prinsiplərinə istinad edildiyi halda, Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi kimi tamamilə əsassız iddiaların irəli sürülməsi, sözügedən qərəzli kağız parçalarının mahiyyətini ortaya qoyur. Bu təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır".
Deputat əlavə edib ki, sənədlərdə Azərbaycan və Ermənistan arasında əldə olunan mühüm irəliləyişlərə, o cümlədən sülh müqaviləsinin mətninin razılaşdırılması kimi mühüm tarixi addıma istinadın olmaması, Vaşinqton prosesində nəticələrinin görməzdən gəlinməsi isə sistemli qərəzin nümayişidir:
"Milli Məclisin açıqlamasında da daxil olaraq qeyd olunduğu kimi, qətnamənin məhz sülh danışıqlarının intensivləşdiyi, dialoqun davam etdiyi bir dövrdə qəbul olunması onun əsl mahiyyətini açıq şəkildə ortaya qoyur".
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq
-
Azərbaycanda 15 yaşlı qız dünyaya uşaq gətirdi
-
Azərbaycan və Gürcüstan qəhvəyi mərmər bağacığına qarşı mübarizədə birgə işçi qrupu yaradacaq
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi












