Vüqar Gülməmmədov: "Səmərəlilik auditlərinin təkmilləşdirilməsinə ehtiyac var"
Far.Az xəbər saytı

Vüqar Gülməmmədov: "Səmərəlilik auditlərinin təkmilləşdirilməsinə ehtiyac var"


Azərbaycanda səmərəlilik auditlərini təkmilləşdirməyə ehtiyac var.

"Far.Az" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, səmərəlilik auditlərinin ümumi audit portfelində payı hədəfə çatdırılmayıb: "Bu hədəf üzrə 93 % nailiyyət olsa da, təkmilləşməyə ehtiyac var. Auditun resurs tutumlu olması və performans büdcənin ölkədə tam reallaşmaması buna təsir göstərir".

Sədr qeyd edib ki, Azərbaycanda dövlət orqanlarının bəzi informasiya sistemlərinin ilk dəfə auditi aparılacaq.

"2021-2025-ci il üzrə strateji dövrdə ayrıca informasiya sistemlərinin auditinin aparılmasına nail olunub. Bu sahədə kadr potensialının məhdud olması, hədəfə 87 % olmaqla nəticələnib. Hazırda müvafiq dövlət orqanı ilə müzakirələr aparırıq və bəzi informasiya sistemlərinin ilk dəfə olaraq birgə və ayrıca auditini nəzərdə tuturuq. Bundan başqa, ​digər qurumların informasiya sistemlərinə inteqrasiyanın təmin edilməsinə nail olunmayıb. Müxtəlif təşəbbüslər irəli sürülüb, lakin 2025-ci ilin sonuna kimi tam nəticə əldə edilməyib. Lakin artıq 5-dən çox dövlət qurumunun məlumatlarının Hesablama Palatasının sisteminə ötürülməsi ilə bağlı razılıq əldə olunub", - o vurğulayıb.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər