“Qazprom” və Macarıstan arasında qaz tədarükünün artırılması imkanlarına dair memorandum imzalanıb
Far.Az xəbər saytı

“Qazprom” və Macarıstan arasında qaz tədarükünün artırılması imkanlarına dair memorandum imzalanıb


Rusiyanın “Qazprom” şirkəti və Budapeşt arasında RF-dən Macarıstana qaz tədarükünün artırılması imkanlarına dair Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Millerin Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə görüşünün yekunları üzrə şirkətin yaydığı məlumatda deyilir.

“Tərəflər qaz tədarükü məsələlərini və qaz sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında Rusiya qazının tədarükünün böyük əhəmiyyəti qeyd edilib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, görüşdə A.Miller və P.Siyartonun iştirakı ilə Rusiya qazının Macarıstana nəqlinin artırılması imkanları haqqında Anlaşma Memorandumu imzalanıb.

Oxşar xəbərlər

Azərbaycan və Macarıstan enerji əməkdaşlığını müzakirə edib
Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Aİ ilə “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər