Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan "Sirli xəritə. Şamaxı macəraları" animasiya filmi təqdim olunub
Nizami Kino Mərkəzində "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin təqdimatı olub.
"Far.Az" xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, "Harmony of Chaos" animasiya və vizualizasiya studiyası və "BBQ Marketing and Events" Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmi tamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparır.
"Harmony of Chaos" animasiya və vizualizasiya studiyasının rəhbəri, "Sirli xəritə. Şamaxı macəraları" animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov çıxışında layihə barədə məlumat verib. Bildirilib ki, layihə bir neçə hissədən ibarət olacaq və hər hissədə qəhrəmanlar ölkəmizin tarixini, mədəniyyətini və irsini kəşf edəcəklər.
Sonra animasiya filminin hazırlanma prosesini və maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.
"Şamaxı macəraları" adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək, Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub
Zamanın sınağından çıxan ziyarətgah: Nizami türbəsinin hekayəsi - FOTOREPORTAJ
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Rumıniyada güclü zəlzələ baş verib.
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi













