Azərbaycan Çin ilə dayanıqlı şəhərsalma üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Çin arasında dayanıqlı şəhərsalma üzrə əməkdaşlıq müzakirə olunub.
Bu barədə "Report"a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Məlumata əsasən, bununla bağlı müzakirələr Komitənin sədri Anar Quliyev ilə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan və Çin arasındakı mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, xüsusilə şəhərsalma və infrastruktur layihələri sahəsində əməkdaşlığın perspektivləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Müzakirələrin əsas mövzularından biri Bakı şəhərinin ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) olub.
Anar Quliyev qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının gələcəyini formalaşdıran ən mühüm qlobal platformalardan biridir. Bu mənada Çin tərəfinin Forumda fəal iştirakı və qlobal urbanizasiya proseslərinə verə biləcəyi töhfələr məmnunluqla qarşılanıb.
Komitə sədri Forum çərçivəsində Çinin həm yüksək səviyyəli dövlət rəsmiləri, həm də akademik dairələr və özəl sektor təmsilçiləri ilə geniş tərkibdə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb
-
Bakı metrosunun stansiya rəisi ÖLÜB
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib













