Azərbaycanda lombardlara nəzarət gücləndiriləcək
Azərbaycan Mərkəzi Bankı (AMB) lombardların fəaliyyətinə nəzarəti gücləndirəcək.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırda lombardlar məhdud səviyyədə lizinq - maliyyə icarəsi xidmətləri göstərir: "Biz periodik hesabatlılıq vasitəsilə bu istiqamətdə nəzarəti həyata keçiririk. Amma "Maliyyə icarəsi haqqında" qanunun qəbulu onlar üzərinə də müəyyən əlavə tələblər qoyacaq. Bu məsələdə əsas məqsədlərimizdən biri nəzarət yox, daha çox liberallaşmış yanaşma əsasında ölkə iqtisadiyyatına, sahibkarlıq, xüsusən də kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərməkdir. Bunun davamı olaraq strategiyamız qəbul olunacaq və öz tənzimləyici sənədlərimizdə bu istiqamətdə addımlar atmağı planlaşdırırıq".
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Azərbaycanda fiziki şəxslər maliyyə icarəsi xidməti göstərə bilməyəcək - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













