Azərbaycanda maliyyə icarəsi xidmətlərinin dəyəri azala bilər
Azərbaycanda maliyyə icarəsi xidmətlərinin dəyərinin azalacağı gözlənilir.
"Far.Az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, hazırda bu sahədə göstərilən maliyyə xidmətlərinin həcmi məhduddur: "Biz məhz bu qanunun qəbulu ilə bu xidmətlərin genişləndirilməsini nəzərdə tuturuq. Eyni zamanda, məlumdur ki, banklar və bank olmayan kredit təşkilatları, xüsusən də banklar maliyyə icarəsi xidmətləri göstərən şəxslərin kreditləşdirilməsi həyata keçirilir. Dolayı yolla cəlb edilən resursların dəyəri onlar tərəfindən təqdim edilən xidmətlərin dəyərini formalaşdırır".
Sədr müavini qeyd edib ki, Azərbaycan iqtisadiyyatında bu sahənin inkişaf etdirilməsi üçün çox ciddi potensial var: "Geriyə maliyyə icarəsi" də kifayət qədər mühüm bir alətdir. Faktiki olaraq bu mexanizm çərçivəsində subyekt özünün aldığı avadanlığı (icarə obyektini) icarəyə verənə satmaqla və ondan icarəyə götürməklə bir növ likvidliyini bərpa etmiş olur. Düşünürəm ki, bu, kreditlərə alternativdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













