Gürcüstanda casusluq işinə görə bir nəfər saxlanılıb, iki nəfər axtarışa verilib
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks-kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində casusluqda şübhəli bilinən Gürcüstan vətəndaşı saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, istintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxs xarici kəşfiyyat xidməti tərəfindən işə götürülüb.
"O, pul müqabilində Gürcüstanın maraqlarına zidd məlumatların toplanaraq ötürülməsi ilə məşğul olub", - məlumatda bildirilib və əlavə olunub ki, ona xarici kəşfiyyat nümayəndələri tərəfindən müxtəlif tapşırıqlar verilib.
Bildirilib ki, toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxs Gürcüstanın hüquq-mühafizə və təhlükəsizlik qurumları, o cümlədən Gürcüstan Daxili İşlər Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyinin dislokasiyası, qüvvə və vasitələri barədə məlumatlar toplayıb. Həmçinin bu obyektlərin foto və video görüntülərini əldə edərək sifarişçilərə ötürüb.
Bununla yanaşı, istintaq zamanı ölkədə yerləşən strateji obyektlər - körpülər, magistral yollar, dəmir yolu xətləri və digər infrastruktur barədə də məlumatların toplandığı müəyyən edilib.
DTX-dən bildirilir ki, eyni cinayət işi üzrə daha iki Gürcüstan vətəndaşı da ifşa olunub. Həmin şəxslərin hazırda ölkə xaricində olduğu və istintaqda iştirak etmədikləri üçün barələrində qiyabi ittiham irəli sürüləcəyi qeyd olunur.
Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin casusluqla bağlı 314-cü maddəsi üzrə ittiham irəli sürüləcək. Bu maddəyə əsasən, onu 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumata görə, bu şəxslərlə bağlı İnterpol vasitəsilə beynəlxalq axtarış elan ediləcək. İstintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













