Xaçmaz rayonu üzrə təhsil sektor müdiri vəzifəsindən azad edilib
Xaçmaz rayonu üzrə təhsil sektor müdiri vəzifəsindən azad edilib.
"Report"un Şimal bürosunun məlumatına görə, daxil olmuş şikayət əsasında Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən Xaçmaz rayonu üzrə təhsil sektorunda fəaliyyətin mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə xidməti araşdırma aparılıb.
Dostuyev Qələmşah Dostu oğlu sektor müdiri vəzifəsində işlədiyi dövrdə dərnək saatlarının təşkili, ümumtəhsil məktəblərində şagird davamiyyətinin aşağı olması, dərs saatlarının bölgüsü zamanı ciddi nöqsanların aşkar edilməsi halları müəyyən edilib, "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunların tələblərini pozduğuna görə 20 fevral 2026-cı il tarixində Qələmşah Dostuyev barəsində töhmət intizam tənbeh tədbiri tətbiq olunub.
Həmçinin, tabeliyindəki müəssisə rəhbərlərindən daxil olmuş şikayətlər əsasında yaradılmış komissiya tərəfindən aparılmış xidməti araşdırma nəticəsində qeyd edilənlər öz təsdiqini tapıb.
Xidməti araşdırmanın nəticələrinə əsasən, "Dövlət qulluğu haqqında" Qanununa uyğun olaraq Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri Dostuyev Qələmşah Dostu oğlu dövlət qulluğundan azad edilib və onunla bağlanan əmək müqaviləsinə xitam verilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Təhsil sektorunun müdiri vəzifəsindən azad edildi
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Bakı metropolitenində qatarların sabahkı hərəkət qrafikinə dəyişikliklər edilib
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
ABŞ Çini cilovlamaq təşəbbüsü üçün 12 milyard dollar ayıra bilər













