Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub
Far.Az xəbər saytı

Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub


Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) 20-22 aprel tarixlərində Almaniyanın Vürzburq, Frankfurt və Trir şəhərlərində təşkil olunan silsilə tədbirlərdə ölkəmizin turizm imkanlarını təqdim edib.

"Far.Az" agentliyə istinadən xəbər verir ki, 100-dən çox turizm şirkəti və turoperatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim olunub.

İştirakçılara şəhər turları, mədəni turizm, İpək Yolu irsi, dağ piyada marşrutları və qış turizmi imkanları barədə ətraflı məlumat verilib, eyni zamanda B2B formatında görüşlər keçirilib.

Silsilə tədbirlərdə iştirak Almaniya turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın bu bazarda mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb.

Bu ilin yanvar-mart aylarında Almaniyadan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76,5% artaraq 5 024 nəfər təşkil edib.

Oxşar xəbərlər

Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər