Avropa üçüncüsü olan Nihat Məmmədli: "İstərdim ki, yarışdan qızıl medalla qayıdım"
Far.Az xəbər saytı

Avropa üçüncüsü olan Nihat Məmmədli: "İstərdim ki, yarışdan qızıl medalla qayıdım"


Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatından qızıl medalla dönmək istəyib.

"Far.Az" xəbər verir ki, bunu 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

O, növbəti yarışlara daha ciddi hazırlaşacağını vurğulayıb:

"Bu, artıq Avropa çempionatında 4-cü medalımdır. Buna görə şükür edirəm. Təbii ki, istərdim ki, yarışdan qızıl medalla qayıdım. İki Avropa çempionatında qızıl medal qazanmışdım. Bəzən hər şey istədiyin kimi olmur. Əlbəttə ki, səhvi başqalarında axtara bilmərəm. Bu yarışa kimi çox yaxşı təlim-məşq toplanışlarından keçmişdik. Çox yaxşı hazırlaşmışdıq komanda olaraq. Bundan sonra daha yaxşı hazırlaşıb, əlimdən gələni edəcəm ki, yenidən çempion olum".

Qeyd edək ki, Nihat Məmmədli üçüncü yer uğrunda qarşılaşmada Suner Konunova (UWW) qalib gələrək (6:0) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da qızıl medal qazanıb - YENİLƏNİB-2
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər