Yaponiyanın "Nikkei" indeksi tarixi rekordu yeniləyib
Far.Az xəbər saytı

Yaponiyanın "Nikkei" indeksi tarixi rekordu yeniləyib


Asiyanın ən böyük Tokio Fond Birjasında ticarət kotirovkaların sürətli artımı ilə başlayıb.

"Far.Az"un xarici mətbuata istinadən məlumatına görə, müsbət dinamika ABŞ və İran arasında atəşkəsin uzadılması xəbərləri, eləcə də ABŞ fond bazarlarında əvvəlki gün müşahidə olunan artımla əlaqədardır.

Açılışda Yaponiyanın 225 ən böyük korporasiyasının səhm qiymətlərini izləyən əsas "Nikkei" indeksi təxminən 1 % artaraq, tarixində ilk dəfə 60 000 bənd həddini keçib.

Tokio Fond Birjasında müsbət dinamika artıq ardıcıl dörd ticarət günüdür ki, davam edir. Yapon mütəxəssisləri bunu Yaxın Şərqdə mümkün sabitləşmə gözləntilərindən irəli gələn nikbin investor əhval-ruhiyyəsi ilə əlaqələndirirlər.

Daha əvvəl "New York Post" qəzeti ABŞ Prezidenti Donald Trampın İranla sülh danışıqlarının növbəti bir neçə gün ərzində baş tuta biləcəyini versiyasını irəli sürdüyünü bildirib.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər