Tayvan və ABŞ 6,6 milyard dollarlıq silah alışı müqavilələri imzalayıblar
Tayvan və ABŞ ümumi dəyəri 208,77 milyard Tayvan dollarından (təxminən 6,6 milyard dollar) çox olan altı böyük silah alışı müqaviləsi imzalayıblar.
"Report" xəbərinə görə, bu barədə "Focus Taiwan" məlumat yayıb.
Portalın məlumatına görə, müqavilələr aprel ayında imzalanıb. Əldə edilən razılaşmaların bir hissəsi olaraq, Tayvan 123,5 milyard dollar (3,9 milyard ABŞ dolları) dəyərində Amerikanın HIMARS raket sistemləri, 73,89 milyard dollar (2,3 milyard dollar) dəyərində "M109A7 Paladin" özüyeriyən artilleriya qurğuları və quru qüvvələri üçün 5,32 milyard dollar (168 milyon dollar) dəyərində əlavə raket vasitələri alacaq.
Digər üç müqavilə hərbi donanma üçün 5,13 milyard dollar (162 milyon ABŞ dolları) dəyərində raket silahlarının alınmasını, 910,45 milyon dollar (29 milyon dollar) dəyərində Tayvan-Amerika birgə iri çaplı sursat istehsalı və s. əhatə edir.
Xatırladaq ki, Tayvan 1949-cu ildən - vətəndaş müharibəsindəki məğlubiyyətdən sonra Çan Kayşinin rəhbərlik etdiyi Homindan Qüvvələrinin oraya köçdüyü vaxtdan bəri müstəqil idarəçilik altındadır. Rəsmi Pekin Azərbaycan da daxil olmaqla bir çox digər ölkələr kimi, adanı Çinin ayrılmaz hissəsi hesab edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Qarabağ və Şərqi Zəngəzurda torpaq icarəsinə dair yeni müqavilələr imzalanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib













