"Holcim Azerbaijan"ın xalis mənfəəti bölüşdürüləcək
İyunun 18-də, saat 10:00-da "Holcim Azerbaijan" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
"Far.Az" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, İzmir prospekti, 6 ("Hyatt Regency" iş mərkəzi) ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin Müşahidə Şurasına və Təftiş Komissiyasına üzv seçilməsi, nizamnaməsində dəyişikliyin və 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatlarının təsdiq edilməsi, ötənilki xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, "Holcim Azerbaijan" 2000-ci ildə yaradılıb və ölkənin ən iri sement istehsalçısıdır. Onun nizamnamə kapitalı 31,813 milyon manatdır. Şirkətin səhmlərinin 86 %-i İsveçrənin "Lafarge Holcim" və "Holcim Auslandbeteiligungs GmbH." şirkətlərinə (müvafiq olaraq 76 % və 10 %), 14 %-i isə fiziki şəxslərə məxsusdur.
Oxşar xəbərlər
AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
"Norm" Sement zavodunun istehsal gücü artırılıb
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













