Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
Far.Az xəbər saytı

Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq


Şənbə günü, oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Far.Az”a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Oxşar xəbərlər

Sabah yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
Sabah yağış yağacaq, bəzi yerlərə dolu düşəcək
Bu həftə milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
Sentyabr ayının hava proqnozu açıqlanıb
Bakıda külək əsəcək, bəzi rayonlarda yağış və qar yağacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər