Nazir müavini: “Yaşıl məktəb” standartlarının müzakirəsini səbirsizliklə gözləyirik
Far.Az xəbər saytı

Nazir müavini: “Yaşıl məktəb” standartlarının müzakirəsini səbirsizliklə gözləyirik


COP29 çərçivəsində “yaşıl məktəb” standartlarının, o cümlədən ətraf mühitin uşaqların öyrənməsinə təsirinin müzakirəsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda Pre-COP29-un ikinci günü çərçivəsində keçirilən panel iclasında deyib.

“İlk növbədə aydındır ki, müəllimlər iqlim dəyişikliyi sahəsində ixtisaslı mütəxəssis və müvafiq bacarıqlara malik olmalıdırlar”, - H.Həsənli bildirib.

Nazir müavini vurğulayıb ki, UNESCO-nun “Yaşıl Yeni Təhsil” təşəbbüsündəki ölkələr COP29-da iştirak edəcək: “Biz əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların irəliləyişi barədə müzakirələr aparırıq. “Yaşıl məktəb” standartlarını, ətraf mühitin uşaqlara və öyrənməyə təsirinin müzakirəsini səbirsizliklə gözləyirik”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər