Mars insanlıq üçün "xilas planı" deyil
Far.Az xəbər saytı

Mars insanlıq üçün "xilas planı" deyil


Müasir texnologiyalar Marsda insanları xilas edə biləcək tam müstəqil baza yaratmağa imkan vermir. Bu barədə Rusiya Elmlər Akademiyasının nümayəndəsi, kosmik biologiya üzrə mütəxəssis Vladimir Sıçev açıqlama verib.

Far.Az xəbər verir ki, onun sözlərinə görə, bəşəriyyətin mümkün qlobal fəlakət zamanı Marsa köçməsi real görünmür. "Bunun üçün tam qapalı biosfer qurulmalıdır ki, bu da indiki texnoloji səviyyədə mümkün deyil", – deyə alim bildirib.

Sıçev qeyd edib ki, gələcəkdə Marsa göndəriləcək ilk insanlar Yer resurslarından ciddi asılı olacaq. Eyni zamanda, planetdə ikinci dərəcəli radiasiyadan qorunma məsələsi də hələ həllini tapmayıb.

Xatırladaq ki, NASA 2028-ci ildə Rosalind Franklin rover aparatının Marsa göndərilməsini planlaşdırır.

Mütəxəssislər bildirir ki, hazırkı şəraitdə Marsda həyatın təşkili daha çox eksperimental xarakter daşıyır və genişmiqyaslı köç üçün yetərli deyil.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər