NDU və Çinin Sincan Universiteti əməkdaşlığa başlayır
Far.Az xəbər saytı

NDU və Çinin Sincan Universiteti əməkdaşlığa başlayır


Naxçıvan Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Sincan Universiteti (Xinjiang University) arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə rəsmi görüş keçirilib.

Sincan-Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində keçirilən görüşdə Sincan Universitetinin prezidenti Ma Xinbin, vitse-prezident Shawulie Yimahazi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Ofisinin direktor müavini Tian Xin, həmçinin Urumçi Şəhər Xarici Əlaqələr İdarəsinin direktor müavini Zinati Abulikemu və əməkdaşı Huang Jiawen görüşdə iştirak ediblər.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının fəaliyyəti, xüsusilə, beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib.

İlkin mərhələdə yaşıl enerji sahəsində birgə layihələrin həyata keçirilməsi, "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə ikili diplom proqramının yaradılması, süni intellekt və biotexnologiya sahələrində birgə mərkəzlərin qurulması barədə razılığa gəlinib.

Bununla yanaşı, tərəflər arasında birgə İpək Yolu Araşdırmalar Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. Bu təşəbbüs gələcəkdə elmi tədqiqat fəaliyyətinin genişləndirilməsinə, akademik mübadilənin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək.

Görüş çərçivəsində Urumçi və Naxçıvan şəhərləri arasında mövcud qardaşlaşma əlaqələrinin əhəmiyyəti də vurğulanıb. Bu münasibətlər iki şəhər arasında mədəni və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Universitetlərarası əlaqələrin inkişafının şəhərlərarası tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub.

Sonda Sincan Universitetinin kampusu, Süni intellekt mərkəzi və innovasiya laboratoriyaları ilə tanışlıq olub.

Oxşar xəbərlər

NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər