Kot-d'İvuarlı nazir: COP29-da ölkəm üçün Azərbaycandan kömək istəyəcəm
Azərbaycanda COP29 çərçivəsində iqlim maliyyəsi mövzusunda kritik addımlar atılacaq.
Bunu "Report"un ABŞ bürosuna müsahibəsində Kot-d'İvuarın (Fil Dişi Sahili və ya Fil Dişi Sahili Respublikası) Ətraf Mühit, Davamlı İnkişaf və Ekologiya naziri Konan Jacques Assahore bildirib.
Nazir ölkəsinin iqlim dəyişkənliyinin fəsadları ilə mübarizə apardığını vurğulayıb və COP29-da Afrika ölkələri üçün Azərbaycandan və beynəlxalq ictimaiyyətdən dəstək istəyəcəyini deyib:
"Bütün dünya iqlim dəyişkənliyinin fəasadları ilə mübarizə aparır. Bu, günümüzün ən böyük problemidir. İqlim dəyişkənliyi bütün dünya ölkələrinin iqtisadiyyatını təsiri altına alıb və Afrika ölkələri bu prosesdən ən çox zərərçəkən bölgələr sırasındadır. İqlim fəaliyyəti üçün adekvat maliyyənin təmin edilməsi mühüm problem olaraq qalır.
Bu mövzuda müzakirələrdə və qərarların alınması prosesində iştirak etmək üçün Bakıda olacayıq və COP29-da Afrikanının narahatlığını dilə gətirəcək, qitə ölkələrinin iqlim dəyişənliyi ilə mübarizəsinə köməklik üçün Azərbaycandan və beynəlxalq ictimayyətdən dəstək istiyəcəyik".
Nazir qeyd edib ki, Azərbaycanda COP29-da iqlim maliyyəsi mövzusunda kritik addımlar atılacaq və COP29-da aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar bu baxımdan dönüş nöqtəsi ola bilər:
"Hamımız COP29-a hazırlaşarkən vahid mövqedən çıxış etməli, diqqətimizi Afrika üçün geniş miqyasda iqlim maliyyəsini səfərbər etməyə yönəltməliyik".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
İsmayıllıda avtomobil aşaraq yanıb, ölən və xəsarət alan var
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib













